“Yolumuz Qarabağa”: kimlər və necə gedə bilir?
Bu ilin aprel ayından etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə
Şuşa şəhəri və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, Laçın şəhərinə də
səfər edə bilirlər. Bunun üçün vətəndaşlar “Yolumuz Qarabağa” portalı üzərindən icazə əldə etməlidirlər.
Bəs,
hazırda tam şəkildə məskunlaşmanın aparılmadığı, bərpa və yenidənqurma
işlərinin davam etdiyi əraziləri, doğma yurd-yuvasını, əzizlərinin
məzarlarını ziyarət etmək istəyənlər bu imkanlardan nə dərəcədə
yararlana bilir.
Koordinat.az xəbər verir ki,
Vətən müharibəsindən bir neçə ay sonra Daxili İşlər Nazirliyindən xüsusi
icazə alınmaqla vətəndaşların işğaldan azad edilmiş ərazilərə
gediş-gəlişinə məhdud sayda və qaydada olsa da, şərait yaradılıb. Bu
ilin aprelindən isə daha bir neçə marşrut üzrə
Şuşa və Laçın şəhərləri, habelə Suqovuşan qəsəbəsinə şəxsi minik
maşınları ilə səfər etməsinə icazə verilir.
İşğaldan
azad olunmuş ərazilərə həm avtobus, həm şəxsi avtomobillə, həm də
təyyarə ilə getmək mümkündür. Təyyarə ilə gedənlər üçün təyinat nöqtəsi
Füzuli Hava Limanıdır. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı
keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən
Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın marşrutu ilə mümkündür.
Digər
ərazilərə, o cümlədən Ağdərə və Kəlbəcər rayonlarına isə
gediş-gəlişinə razılıq iki halda verilir: qeydiyyatda olan və işğaldan
azad olunmuş ərazilərə köç üçün icazə sənədi almış fermer
təsərrüfatlarında çalışanlar və ya fərdi və ya qrup şəklində rəsmi
məktubu vasitəsilə. Hər iki halda sərnişinləri işğaldan azad olunmuş
ərazilərə daşıyan nəqliyyat vasitəsi də Daxili İşlər Nazirliyinin icazə
sistemində, yəni portalda qeydiyyata alınmalıdır.
Yeri
gəlmişkən, Qarabağa şəxsi avtomobillə icazənin verilməsindən sonra
həmin torpaqlara turist səfərlərinin sayında artım qeydə alınıb. Rəsmi
məlumatlara görə, 2023-cü ilin dekabrından bu ilin iyunun 19-dək Şuşa
şəhərinə ümumilikdə 72 min 298 nəfər səfər edib. Bu il aprel ayının
27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 min 670
nəfər olub.
12.09.2024 18:19:00
Oxuma sayı: 1247