Rusiya sərhədçiləri Ermənistandan çıxarılsa...
"Ermənistanın 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yola nəzarətin Rusiya sərhədçilərinə həvalə edilməsi barədə öhdəlik götürməyib. Bəyanatın 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, həmin yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. Əgər sabah Ermənistan qərar versə ki, onlar olmamalıdı, deməli, olmayacaqlar”.
Koordinat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentindəki çıxışında bildirib. Erməni Baş nazir bu açıqlaması ilə 4 il əvvəl imzaladığı Üçtərəfli Bəyanatın müddəalarını özünəməxsus şəkildə şərh etməklə üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışıb. O, bildirib ki, ölkəsində kommunikasiyaların təhlükəsizliyini xarici qüvvələr deyil, Ermənistan hərbçilərinin özləri təmin etməlidir. Halbuki ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sənəddə nəqliyyat kommunikasiyalarına nəzarətin Rusiya sərhədçilərinin üzərinə qoyulması açıq şəkildə göstərilib.
Bəs, 44 gün davam edən müharibəni dayandırmaq üçün Rusiya prezidentindən xahiş edən Paşinyan üzərinə götürdüyü öhdəliklərdən niyə qaçır? Rəsmi İrəvanın Rusiya hərbçilərini Zəngəzur dəhlizindən kənarda qoymaq cəhdləri hansı məqsədlərə vidmət edir?

Məşhur news.ru saytı bu suala elə erməni politoloqların köməyi ilə cavab axtarıb. Politoloq Qrant Mikaelyan Ermənistanın hazırkı hakimiyyətini və konkret olara Baş nazir Nikol Paşinyanı çətin qərarlar verərkən yalana əl atmaqda günahlandırıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə Rusiyanı Ermənistandan və bütövlükdə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq və onları Avropa sərhədçiləri ilə əvəz etmək istəyir.
"Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan isə deyib ki, Paşinyan Rusiyanın bölgədə hərbi mövcudluğuna son qoymaq üçün Qərb tərəfdaşları qarşısında müəyyən öhdəliklər götürüb. Ona görə də Ermənistan hakimiyyəti Rusiya sərhədçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsinin əleyhinədir: "Paşinyan çaşqınlıq içindədir, bəzən rusiyayönlü bəyanatlar versə də, onun qərbyönlü vektoru dəyişməz olaraq qalır. Həm deyir ki, Rusiya ilə problemi yoxdur, həm də KTMT-dən çıxmağa hazırlaşır. Amma bir məsələ dəqiqdir ki, İrəvan Qərbdəki həmkarlarının göstərişi ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq siyasətini davam etdirir".
Rusiya təhlükəsizlik qüvvələrinin ehtiyatda olan generalı Aleksandr Mixaylov isə deyib ki, İrəvan Rusiya sərhədçilərini Ermənistanın Türkiyə və İranla sərhədindən çıxarmaq qərarını qətiləşdirsə, bu, ikitərəfli danışıqlar vasitəsilə həll edilməlidir: "Rusiya bu mövzunun müzakirəsində iştirak etməlidir. Paşinyan Rusiya qoşunlarına, Rusiya sərhədçilərinə və Federal Təhlükəsizlik Xidmətinə nəzarət edə bilməz. O, yalnız jurnalistlərin diqqətini çəkə bilən Ermənistanın baş naziridir".

Rusiyalı general bununla Paşinyanın beynəlxalq hüuqdan və hərb siyasətindən başı çıxmadığına işarə edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova dünən
keçirilən brifinqdə bu məsələyə toxunub. O, deyib ki, Rusiya
sərhədçiləri 30 ildən çoxdur Ermənistanın sərhədini qoruyur: "Rusiya sərhədçilərinin Ermənistanda fəaliyyətini nizama salan əsas sənəd, yəni Rusiya Federasiyasında sərhəd qoşunlarının statusu haqqında ikitərəfli saziş müddətsizdir. Rusiya
sərhədçilərinin Ermənistan ərazisini tərk etmələri bu ölkənin
təhlükəsizliyinə mənfi təsir göstərəcək".
12.09.2024 18:04:00
Oxuma sayı: 708