Ermənistana beynəlxalq diqqət azalıb
Ölçü:


"Ermənistanın Baş naziri Nikol Paşinyanın aprel ayında Brüsselə səfəri və Avropa Birliyi rəsmiləri ilə görüşündən sonra İrəvana maraq tamamilə itdi. Brüssel görüşündə Paşinyana deyilib ki, onun təklifləri oq ədər də əhəmiyyətli deyil, buna görə yardımlar azaldılacaq. Həmin görüşdən sonra Şarl Mişel, Jozef Borrell və digər avropalı rəsmiləri Azərbaycan və Ermənistan arasındakı danışıqlarda əvvəlki qədər aktiv deyillər".

Koordinat.az xəbər verilir ki, bunu erməni jurnalist Avetis Babacanyan deyib. Onun sözlərinə görə, artıq Avropa Birliyi (AB) rəsmiləri Azərbaycanla Ermənistan arasında vasitəçilik təklifləri səsləndirmirlər, danışıqlar təşkil etməyə çalışmırlar: "Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı referendum keçirmək təşəbbüsləri də gözlənilən qədər səs-küy yaratmadı. Ona görə də bu məsələ ortadan qalxdı. Yəni, artıq Ermənistana Avropada heç bir maraq yoxdur, kimsənin vecinə deyil. Azərbaycan Prezidenti İlham Əliyev isə İtaliyada böyük təmtəraqla qarşılandı". 

Erməni jurnalist İlham Əliyevin İtaliyada keçirilən beynəlxalq forumun fəxri qonağı olduğuna, Azərbaycanla Avropa ölkələri arasında ticarət əlaqələrinin genişləndiyinə və Bakının hazırda Avropa Birliyinin üzvü olan 7 ölkəyə qaz satdığına da diqqət çəkib. Babacanyan payız-qış mövsümündə Avropa ölkələrinin Azərbaycan qazına daha çox ehtiyacı olacağını deyib: "Belə bir vəziyyətdə Ermənistan beynəlxalq diqqətin azalması təbii haldır. İrəvanın Avropa Birliyi ölkələrinə verə biləcəyi heç nə yoxdur. Ona görə hazırda Paşinyan Rusiya ilə münasibətləri ən azı əvvəlki səviyyəyə qaytarmağa məcburdur".

Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyan isə “Gizli məlumatları ilk dəfə açıqlayıram” anonsu ilə Ermənistanın daha çətin duruma düşdüyünə işarə edib. O, Bakı-İrəvan sülh sazişi ilə bağlı məlumatlar yeni əldə etdiyini deyib və bildirib ki, Rusiya ilə münasibətləri pozan rəsmi İrəvan onun üçün taleyüklü məsələlərin həllində Avropa ölkələrinin heç birindən yetərli qədər dəstək ala bilməyəcək: “Müqavilədə sərhədlərin demarkasiyası haqqında heç bir müddəa olmayacaq. Həmçinin Bakıdakı erməni məhbusların qaytarılması (separatçıları nəzərdə tutur), o cümlədən, Azərbaycan qoşunlarının sərhəddən çıxarılmasına dair heç nə yoxdur. Nəqliyyat qovşaqları da tamamilə Azərbaycanın xeyrinə həll ediləcək".
11.09.2024 17:46:00
Oxuma sayı: 733