Qarabağdan köçən ermənilər sərhəd ərazilərdə yerləşdiriləcək
Ölçü:


Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramramları üzrə siyahının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının növbəti mərhələsində Kərki kəndi Azərbaycana təhvil veriləcək.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, martın 7-də Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının iclasında tərəflər arasında bəzi mübahisələ məsələr razılaşdırılıb. Həmin iclasdan sonra baş nazirin müavini Şahin Musafayevin verdiyi bəyanatdan sonra Qazax rayonunun 4 kəndi ilə yanaşı Ermənistan tərəfindən işğal olunmuş eksklav ərazilərin də azad edilməsini gündəmə gətirmişdi. Bunlar Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki kəndləridir: “Nikol Paşinyan artıq Bakının tələblərinin bir hissəsini yerinə yetirib. Siyasi düşərgə növbədə Kərki olduğunu iddia edir, hökumət bu kəndi də təhvil vermək niyyətindədir. Siyasətçi Mesrop Arakelyan da belə bir fikrə malikdir. Onun sözlərinə görə, hakimiyyətin Kərkidə inkişaf, mənzil tikintisi ilə bağlı heç bir planı yoxdur, onlar bu kənddən əllərini çəkiblər”.

Erməni mətbuatı yazır ki, Paşinyan hökumətinin son iclasında Qarabağ erməniləri üçün mənzil proqramlarının siyahısının təsdiqi və maliyyələşdirilməsi barədə qərar qəbul edilib: "Kərki təsdiq edilmiş kənd və qəsəbələr siyahısında yoxdur. Ermənistanın bütün digər sərhədyanı kəndləri siyahıda yer alıb. Kərkinin siyahıda yer almaması normaldır, çünki Ermənistan kəndi deyil, Azərbaycana məxsusdur, qaytarılacaq".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 29,743 kv.km ərazisinə Kərki və Tavuşdakı anklavların daxil olmadığını dəfələrlə elan edib. Qarabağdan köçən ermənilərin sərhəd ərazilərində yerləşdirilməsi üçün mənzil proqramramları üzrə siyahının təsdiqi və maliyyələşdirilməsi barədə qərarı rəsmi İrəvanın Kərkini təhvil vermək niyyətini göstərir.
21.06.2024 16:13:00
Oxuma sayı: 1058