İrəvandakı etirazlar səngiyir
Ölçü:


Uzun müddətdir İrəvanda davam edən etiraz hərəkatı tədricən səngiyir.

Koordinat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparat rəhbəri Araik Arutyunyan bildirib. O, deyib ki, etirazçılar bu və ya digər nazirliyin binası yaxınlığında təhdid, eləcə də vəziyyəti gərginləşdirməyə davam edərlərsə, hakimiyyət dialoqa getməyəcək: “Biz heç də küçə aksiyalarının əleyhinə deyilik. Gördünüz ki, hakimiyyətimiz dövründə küçədə çoxlu siyasi proseslər gedib. Amma qanun pozuntuları baş verəndə müvafiq qurumlar reaksiya verir”.

Paşinyan hökuməti sərhədlərin delimitasiyası prosesinin əleyhinə çıxaraq Tavuş (Tovuzqala) bölgəsində kəndliləri hökumətə qarşı itaətsizlik aksiyalarına çağıran Erməni Apastol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanı da cəzalandırmağa çalışır. 

03.06.2024 16:57:00
Oxuma sayı: 1810