Ermənistanla sərhəddə gözətçi məntəqəsi qurulur
Ölçü:


Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş (Tovuzaqla) vilayətinin Kirants (Xeyrimli) kəndində üzərində “AZE” yazılı sərhəd dirəklərinin quraşdırılması prosesi davam edir. Həmçinin ərazidə sərhədçilər üçün gözətçi məntəqəsinin qurulmasına başlanıb.

Koordinat.az xəbər verir ki, bu barədə məlumatı və kənddən görüntüləri erməni jurnalist Ani Gevorqyan öz feysbuk hesabında paylaşıb. Həmin görüntülərdə Kirantsda sərhədçilər üçün evlərin quraşdırılması anları əks olunub.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və ölkələrarası dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin - Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Son məlumata görə, Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.


23.05.2024 13:22:15
Oxuma sayı: 713