Ermənilər iyunun 24-dək Kirantsdakı evlərini tərk etməlidir
Ölçü:


Dünən axşam saatlarında Ermənistanın Tavuş (Tovuzqala) bölgəsinə bitişik 4 yaşayış məntəqəsinin Azərbaycana qaytarılması və delimitasiya prosesi ilə əlaqədar demarkasiya işlərinin başa çatdığı Kirants kəndində icma toplantı keçirilib. Yerli qubernatorluğun əməkdaşları bir neçə saat ərzində sakinlərlə təzminat məsələlərini müzakirə ediblər. Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən kirantslılardan, eləcə də körpünün təhvil verilməsi ilə bağlı evləri sərhəddə qalan ev sahiblərdən gedir.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar: "Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ burasındadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib: onlar iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar Kirants ərazisində görünəcəklər".
22.05.2024 11:35:53
Oxuma sayı: 770