Azərbaycana qaytarılan 4 kənddə yaşayanlara kompensasiya veriləcək
Ölçü:


Qazaxın işğal altında olan 4 kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının boşaldılmasına etiraz edən ermənilər reallıqları qəbul etməyə məcburdur. Artıq ermənilərin "Voskepara" adlandırdıqları Əskipara və Kirantsa kəndlərində delimitasiya prosesi başa çatıb. Ermənistan hökuməti həmin kəndlərdə yaşayan zərərçəkənlərə kompensasiya da ödəyəcək. 

Koordinat.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. O, qeyd edib ki, istənilən halda Ermənistan hökuməti Azərbaycan kəndlərinin azad edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən imtina etmək niyyətində deyil: "Baş nazir niyə deyir ki, biz bu 4 kəndi vermədik, aldıq? Çünki bizim sərhəd çəkmək imkanımız var. Baş nazir ora bir neçə dəfə gedərək həmin kəndlərdə yaşayan əhali ilə şəxsən görüşüb. Bəzi həmkarlarımız maşın sürməkdən, insanların emosiyaları, əsəbləri ilə oynamaqdan əl çəksələr, yaxşıdır. Deyirlər ki, insanlar evlərini tərk etsinlər. Söhbət Azərbaycan ərazisinə düşən bir evdən və ya bir kiçik evdən gedir. Dövlət hər şeyi ödəyəcək. Sizcə, bu insanlarla heç bir söhbət aparılmır? Voskepara (Əskipara), Kirantsa ilk kim getdi? Baş nazir, hökumət nümayəndələri gedib, insanlarla danışdı”.

Simonyan ona ünvanlanan suallara cavab verərkən vurğulayıb ki, həmin kəndlərdə yaşayan və mülki Azərbaycan ərazisində qalan sakinlər Paşinyan hökumətinin təklif etdiyi kompensasiyanı qəbul etməsələr, başqa alternativlər də tətbiq edilə bilər: “Əgər bunu qəbul etməsələr, dövlət başqa çarə tapacaq. Sizi əmin edirəm ki, sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalar Ermənistan xalqına və dövlətinə uğur gətirəcək. Bunun nəticəsini çox tezliklə hamımız birlikdə görəcəyik., bir neçə ildən sonra bu kəndlər nümunəvi olacaq və orada hakim partiya 2026-cı il seçkilərində inamlı qələbə qazanacaq”.
22.05.2024 10:13:00
Oxuma sayı: 744