Şuşada regional enerji təchizatı və satışı idarəsi qurulur
Ölçü:


Nazirlər Kabineti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin strukturu”da dəyişiklik edib. Dəyişiklik “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlarla (idarələr) əlaqədardır.

Koordinat.az xəbər verir ki, yeni strukturda Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsi yaradılacaq. Mərkəzi ofisi Şuşa şəhərində fəaliyyət göstərəcək idarə Şuşa, Xocavənd, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Cəbrayıl və Xankəndi elektrik şəbəkələrini əhatə edəcək.
21.05.2024 16:39:00
Oxuma sayı: 706