Təxribatçı keşiş İrəvandan Tavuşa qayıdıb
Ölçü:

Qazaxın işğal altındakı 4 kəndinin qaytarılması və sərhədlərin delimitasiyası prosesinə etiraz edərək əahlaini Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırmağa çalışan Erməni Apastol Kilsəsinin yepiskopu Baqrat Qalstanyanın “İrəvan sərgüzəştləri” başa çatır. Belə ki, təxribatçı keşiş ətrafına yıxdığı beş-on erməni ilə birlikdə İrəvandan Tavuşa qayıdıb. 

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, keçmiş prezident Robert Koçaryanın məsləhəti və II Qareginin xeyir-duası ilə İrəvana yürüş edərək mayın 9-da mitinq keçirən Baqrat və təxribatçı dəstə üzvlərinin hakimiyyətə qarşı kütləvi etirazlar təşkil etmək təşəbbüsləri özünü doğrultmayıb.  Müxalifət parlamentdə Paşinyana qarşı impiçment məsələsini qaldırmağa da nail ola bilməyib. Buna görə də o, Tavuşa qayıtmalı olub.

Erməni keşişin Tavuşa qayıtması onun həm də sərhəddəki delimitasiyaya yerindəcə mane olmaq istəyi ilə əlaqələndirirlər. Lakin Baqratın tərəfdarlarının az olması onun bu proseslərə hər hansı təsir imkanlarını heçə endirir.

Ermənistan mətbuatı yazır ki, hazırda çoxlu sayda polis əməkdaşı Tavuş rayonunun Kirants kəndində cəmləşib. Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə buraya gəlib. Lakin sərhədin Kirants hissəsində demarkasiya üzrə işlər artıq başa çatmaq üzrədir. 

"Ermənistan sərhəd qüvvələri demarkasiya olunmuş ərazidə sərhədə nəzarəti həyata keçirir. Kirantsa giriş müvəqqəti olaraq bağlanıb. Kəndə yalnız onun sakinləri girə bilər”, - deyə, erməni mətbuatı yazır.
20.05.2024 16:27:00
Oxuma sayı: 686