Paşinyan delimitasiyanı dayandırmaq fikrində deyil
Ölçü:


Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin dünənki iclasında Azərbaycanla sərhədlərin delimitasiya prosesinin gedişini müsbət dəyərləndirib. O, rəsmi Bakı ilə İrəvan arasında imzalanan protokolu da böyük uğur adlandırıb.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Hraparak” nəşri yazır ki, Paşinyan hökumətin iclasında Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyini deyib: “Əgər biz razılaşdırılmış prinsipdən kənara çıxsaq və yeni sərhəd xətti yaratsaq, bu, hərbi toqquşmalar üçün daimi mənbə yaratmağımız demək olardı". 

“Əslində Paşinyanın söylədiyi sözlərinin izahı aydındır. O, deyir ki, biz sərhədi mövcud reallıqlar əsasında çəkirik, yəni, kimin ordusu hardadırsa, orada dayanır. Bu, o deməkdir ki, Azərbaycanın Qaragöldən, Cermuxdan (İstisu), Sotkdan (Söyüdlü) geri çəkilməsinə ümid etmək lazım deyil. Paşinyan açıq şəkildə mesaj verir ki, hazır olun, Azərbaycanın bütün tələblərini yerinə yetirəcəyəm”.
17.05.2024 15:11:00
Oxuma sayı: 821