Londondakı beynəlxalq tədbirin şam yeməyi Azərbaycana həvalə olunub
Ölçü:

Böyük Britaniyanın paytaxtı Londonda atçılıq üzrə beynəlxalq “Royal Windsor Horse Show 2024” keçirilb.

Koordinat.az xəbər verir ki, Heydər Əliyev Fondu və Azərbaycan Atçılıq Federasiyasının təşkilati dəstəyi ilə keçirilən 4 günlük tədbirdə Qarabağ atları, milli rəqs qrupunun çıxışları olub. Tədbir çərçivəsində ilk dəfə olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan pavilyonu yaradılıb. Pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, zəngin turizm imkanları, müxtəlif yerli brendlərə məxsus suvenirlər, yerli istehsal nümunələri təqdim olunub.

Tədbirdə növbəti dəfə Azərbaycandan “Mangal Zuğulba və Zuğulba saray” komandasına yarışın şam yeməyinin təşkili həvalə olunub.

Ziyafətə Kral II Çarlzın qardaşı şəhzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycandan Dövlət Sərxəd Xidmətinin rəisi Elçin Quliyev və digər mötəbər qonaqlar qatılıb. 

Gecədə komandaya “Manqal Zuğulba” və “Zuğulba saray” restoranlarının rəhbəri Namik Məmmədov və baş aşpaz Oktay Cəfərov başçılıq edib. Şəhzadə Edvard ziyafətdən çox razı qalıb və ölkəmizin təamlarının çox ləzzətli olduğunu söyləyib. Bu barədə səfirlik X səhifəsində də təşəkkür paylaşımı edib.
17.05.2024 14:38:00
Oxuma sayı: 903