Ermənistan Azərbaycanın təklifinə cavab verdi
Ölçü:


Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab göndərib.

Koordinat.az bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Azadlıq Radiosu”na açıqlama verib. O qeyd edib ki, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.

Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.
09.04.2024 10:00:00
Oxuma sayı: 1287