Ermənistanda delimitasiya ilə bağlı təcili iclas çağırıldı
Ölçü:


Bu gün Ermənistan parlamentində təmsil olunan müxalif deputatların təşəbbüsü ilə “Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasının əsas problemləri” mövzusunda təcili iclas keçiriləcək.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, , günün ikinci yarısında keçiriləcək iclasın gündəliyinə parlamentin “Ermənistan” və “Şərəfim var” fraksiyalarının təklifləri də daxil edilib. Müzakirələrə baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da dəvət edilib. Hər iki şəxsin iclasda iştirak edəcəyi razılaşdırılıb.

Müxalifət görüşü açıq, hakimiyyət qapalı rejimdə keçirmək niyyətindədir. Ermənistan parlamentində təmsil olunan müxalif deputatlar Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı məsələlərin səsvermə yolu ilə həllinin tərəfdarı kimi çıxış edirlər.
09.04.2024 09:32:00
Oxuma sayı: 1239