Füzulidə daha 4 kəndin bərpasına başlanır
Ölçü:

Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Füzuli rayonu ərazisində yerləşən kəndin layihələndirilməsi ilə bağlı tenderə yekun vurub.

Koordinat.az
xəbər verir ki, adı çəkilən qurumla tenderlərin qalib olduğu seçilmiş 4 şirkət arasında ümumi dəyəri 5 milyon 911 min 181 manat olan müqavilələr imzalayıb. Həmin şirkətlər “NKT-bərpa” MMC, “Era Design Group” MMC, "Kooplayihə AHB” firması və “Iron Tree” MMC-dir. Müqavilə öhdəliklərinə uyğun olaraq “NKT-bərpa” MMC
Füzuli rayonunun Mirzəcamallı, “Era Design Group” MMC Qaraxanbəyli, "Kooplayihə AHB” firması Qarakollu, “Iron Tree” MMC isə Qarabazar kəndlərinin bərpası üzrə layihələndirmə işləri aparılmalıdır. Bunun üçün həmin şirkətlərə müvafiq olaraq 1 milyon 176 min 195 manat, 1 milyon 979 min 981 manat, 1 milyon 595 min 478 manat və 1 159 527 manat vəsait ödəniləcək.
08.04.2024 16:55:00
Oxuma sayı: 1259