Suqovuşanda beşmərtəbəli yaşayış binaları tililəcək
Ölçü:


Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Ağdərə rayonunun
Suqovuşan qəsəbəsində beşmərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı açıq tender elan edib.

Koordinat.az xəbər verir ki, elanda işğaldan nazad edilmiş həmin qəsəbədə tikintisi nəzərdə tutulan 5 ədəd beşmərtəbəli bina üçün avadanlıqların satın alınması nəzərdə tutulub. Ərazilərin bərpası proqramı çərçivəsində inşa ediləcək yeni yaşayış binalarının hər biri iki girişli olacaq. 

Tenderin şərtlərinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən şirkətlər 1000 manat məbləğində iştirakhaqqı ödəməlidir. Müsabiqədə iştirak etmək istəyənlər öz təkliflərini ən geci aprelin 30-dək satınalan təşkilatın ünvanına (Ağdam şəhəri) təqdim etməlidir.

Elanda həmin qəsəbədə tikintisi nəzərdə tutulan 5 ədəd beşmərtəbəli binalarda istifadə olunacaq avadanlıqların alınması üçün ehtimal olunan qiymət də açıqlanıb: 2 milyon 255 min 422 manat.

Xatırladaq ki, hazırda Suqovuşanda inşası davam etdirilən beş ədəd beşmərtəbəli yaşayış binasının bu ilin yayında istifadəyə veriləcəyi gözlənilir.
29.03.2024 16:16:00
Oxuma sayı: 560