Petrosyan: “Dörd kənd Azərbaycana təhvil verilsə...”
Ölçü:


Dörd kənd təhvil verilsə, Ermənistan-Gürcüstan yolu Azərbaycanın nəzarətinə keçəcək.

Koordinat.az
xəbər verir ki, bunu Ermənistanın “Demokratik Birləşmə” Partiyasının sədri Suren Petrosyan deyib.

“Voskepar kəndindən solda İrəvan-Noyemberyan dövlətlərarası yolu azərbaycanlıların tam nəzarəti altından keçəcək. Kəndin sağında qaz xətti var, o da azərbaycanlıların nəzarətində olacaq”, - partiya sədri bildirib.

Ermənilərin “Voskeper” adlandırdıqları kəndin tarixi adı Əskiparadır. Yuxarı Əskipara eksklavı və Aşağı Əskiparanın arasında yerləşən kənd SSRİ dönəmində qanunsuz olaraq Ermənistana verilib. Yəni tarixi Azərbaycan ərazisidir.

Təhvil veriləcək dörd kəndə gəlincə, söhbət Bağanıs Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılıdan gedir. Bundan başqa, həmin istiqamətdə Yuxarı Əskipara, Barxudarlı və Sofulu eksklavları yerləşir, bunlar da Azərbaycana təhvil veriləcək ərazilərdir.
29.03.2024 11:53:00
Oxuma sayı: 483