Separatçıların İrəvandakı ofisi bağlana bilər
Ermənistanda mühacir hökuməti təmsil edən bütün ofislər bağlanmalıdır. Çünki onlar mövcudluğu ilə İrəvanın təhlükəsizliyinə və dövlətçiliyinə təhlükə yaradırlar.
Koordinat.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan Feysbuk səhifəsində yazıb: “Ermənistanda dövlət daxilində dövlət ola bilməz, sürgündə hökumət yoxdur və ola da bilməz. Qarabağı viran qoyan həmin avantüristlər Ermənistanda mühacirətdə olan hökumət yaratmağa çalışırlar ki, bu da milli təhlükəsizliyə birbaşa təhlükə yaradır”.
Xatırladaq ki, Şahramanyanın Fransanın “Le Figaro” qəzetinə sərsəm açıqlamasından sonra Paşinyan separatçıların bu hərəkətlərini pisləyən açıqlama verib. O, Şahramanyanın “ləğv edilmiş qondarma qurumun mövcudluğu” ilə bağlı açıqlamasına sərt təpki gösərib: “Bəli, Ermənistan Respublikasında hökumət var, o da bu zalda oturub. “Qarabağdan didərgin düşmüş bəzi qruplar” Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkət və addımlar atırlar, hansısa hökuməti (qondarma qurumu) “mühacir” elan edirlər və sair. Bəli, Ermənistan Respublikasında hökumət var, o hökumət bu zalda oturub”.
28.03.2024 17:16:00
Oxuma sayı: 3413