Paşinyan: "Dörd kənd Azərbaycana qaytarılmalıdır"
Ölçü:

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır.

Koordinat.az
xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda deyib. Paşinyanın Milli Assambleyada "Mülki müqavilə" fraksiyasının deputatları ilə keçirilən qapalı iclasda bütün hökumət üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib.

Nikol Paşinyan bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir.

Məlumata görə, görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib.
27.03.2024 15:39:00
Oxuma sayı: 462