Ermənistanla sülh sazişinin prinsipləri razılaşdırılıb
Ölçü:

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.
27.03.2024 16:11:00
Oxuma sayı: 3483