Şərqi Zəngəzurda işləyənlərin sayı artır
Ölçü:


İşğaldan azad edilmiş Şərqi Zəngəzur zonasında bərpa və yenidənqurma işlərində işləyənlərin sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Koordinat.az xəbər verir ki, 2024-cü ilin 1 yanvar vəziyyətinə Şərqi Zəngəzur iqtisadi rayonunda işləyənlərin sayı 22,4 min nəfərə yaxın olub. Bu illik müqayisədə 822 nəfər və ya 3,8 faiz çoxdur. Hesabat dövründə ən çox işçi sayı Laçın rayonunda (7,8 min nəfər), ən az işçi sayı isə Zəngilan rayonunda (2,1 min nəfər) olub. İşçi sayında Laçın rayonunda 12,1 faiz artım olsa da, Qubadlı rayonunda 6 faiz azalma qeydə alınıb.

2024-cü il yanvarın 1-nə olan vəziyyətə görə Şərqi Zəngəzur iqtisadi rayonunda dövlət sektorunda işləyənlərin sayı 19,4 min nəfərə çatıb. Bu, illik müqayisədə 104 nəfər və ya 0,5 faiz azdır. Hesabat dövründə ən çox işçi sayı Laçın rayonunda (6,3 min nəfər), ən az işçi sayı isə Zəngilan rayonunda (1,9 min nəfər) olub. Dövlət sektorunda işləyənlərin sayı Laçın rayonunda 4,6 faiz artsa da, Zəngilan rayonunda 11,9 faiz azalma qeydə alınıb.

Hesabat dövrünə özəl sektorda Şərqi Zəngəzur iqtisadi rayonunda işləyənlərin sayı 2,4 min nəfərdən çox olub. Bu illik müqayisədə 926  nəfər və ya 60,7 faiz çoxdur. Bu dövrdə özəl sektor üzrə ən çox işçi sayı Laçın  rayonunda (1,4 nəfər), ən az işçi sayı isə Zəngilan  rayonunda (243 nəfər) olub. İşçi sayında ən kəskin artım Zəngilan  rayonunda 3,3 dəfə qeydə alınıb. İkinci yerdə Kəlbəcər, üçüncü yerdə isə Laçın qərarlaşıb. Region üzrə özəl sektorda çalışan işçilərin sayında ən az artım Qubadlı rayonunda 5,7 faiz artım baş verib.
27.03.2024 16:00:00
Oxuma sayı: 5405