Deputat Şəkiyə bayram sovqatı göndərdi
Ölçü:

Novruz Bayramı ərəfəsində Şəki rayonunda növbəti dəfə genişmiqyaslı xeyriyyəçilik tədbiri həyata keçirilib.

Koordinat.az
xəbər verir ki, millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə keçirilən xeyriyyə tədbiri çərçivəsində deputatın köməkçiləri Şəki rayonunda yaşayan 309 şəhid ailəsinə və 36 aztəminatlı ailəyə baş çəkib, onlara maddi və ərzaq yardımı göstəriblər.

Şəhid ailələri ilə görüşlərdə bir sıra müraciətlər və xahişlər də qeydə alınıb və hazırda həmin müraciətlər baxılmaq üçün araşdırılır.



22.03.2024 19:59:00
Oxuma sayı: 577