“Xocalı soyqırımına görə təzminatla bağlı beynəlxalq məhkəmələrə müraciət edilib
“Bu gün xalqımız Xocalı şəhidlərini anır. Bu gün şəhidlərimizin ruhu şaddır”.
Koordinat.az xəbər verir ki, bunu juranlistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Adil əliyev səsləndirib: “Torpaqlarımız işğalda olan zaman biz həmişə deyirdik ki, şəhidlərimizin ruhu işğal bitəndə şad olacaq. Şükür olsun ki, Müzəffər Ali Baş Komandanın siyasəti, şəhidlərimizin qanı, xalqımızın birliyi bahasına suverenliyimiz bərpa olundu. Bu gün Azərbaycan millətinin qanına susamış cinayətkarlar hakim qarşısına çıxarılır. Bu baxımdan əminliklə deyə bilərik ki, şəhidlərimizin ruhu şaddır. Azərbaycan tərəfi Xocalı soyqırımının beynəlxalq tribunalarda tanınması üçün daim əlindən gələni edib".
"Hər il Milli Məclis nümayəndələri öz xarici həmkarları ilə Xocalı soyqırımı ərəfəsində görüşlər keçirir, bu faciə ilə bağlı onları məlumatlandırırlar. Xocalı soyqırımı ilə bağlı təzminatın ödənilməsi üçün dünya məhkəmələrinə müraciətlər olunub. Azərbaycan tərəfi bir addım belə geri çəkilməyib”, - deyə vitse-spiker əlavə edib.

26.02.2024 11:29:00
Oxuma sayı: 3905