“Qarabağ” futbol klubu necə yarandı...
Ötən gecə “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununu yüksək səviyyədə keçirməklə adını tarixə yazdırdı. Ümumi hesabda Portuqaliyanın "Braqa" klubunu 6:5 hesıbı ilə üstələyən komandamız Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazandı.
Koordinat.az xəbər verir ki, "Qarabağı” futbol klubun yaranması 1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə Ağdam şəhər stadionunun tikintisi başa çatdıqdan sonra klub peşəkar bir idman təşkilatı kimi formalaşdırılıb. Yarandığı gündən sonra bir müddət “Məhsul” adı ilə çıxış edən komanda ilk dəfə 1966-cı ildə Azərbaycan çempionatında iştirak edib. Həmin il çempionatı 4-cü yerdə başa vurub.
Klub 1968-ci ildəki ölkə birinciliyində 2-ci yeri tutub. Lakin 1968-ci ildən sonra baxımsızlıq üzündən komanda uzun müddət ölkə çempionatlarında təmsil olunmayıb.
1977-ci ildə komanda “Şəfəq” adı ilə yenidən bərpa edilib. 1982-ci ildən 1987-ci ilə qədər isə klub “Kooperator” adı ilə yarışlara qatılıb. 1987-ci ildə Adil Nadirov komandanı yenidən “Qarabağ” adı ilə təsis edib və ilk prezidenti olub.
“Qarabağ” ilk dəfə Azərbaycan çempionu adına 1988-ci ildə layiq görülüb. Qeyd edək ki, bu çempionluq hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən qazanılmışdı. Həmin çempionluqdan sonra “Qarabağ” SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazandı. 1989-cu ildə “Qarabağ” SSRİ çempionatının 9-cu zonasında yarışıb. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycanın müstəqil futbol çempionatı təşkil olunub. “Qarabağ” Azərbaycanın yeganə klublarından biridir ki, indiyə kimi keçirilən bütün mövsümlərdə iştirak edib.
Müstəqillik illərində “Qarabağ”ın ağır günləri də az olmayıb. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra komanda “qaçqın klub” kimi fəaliyyət göstərib. O zaman klub həm də maddi sıxıntılardan ciddi şəkildə əziyyət çəkirdi. Həmin ərəfədə Adil Nadirov komandanın yaşaması üçün fədakarlıq göstərərək “Qarabağ”ı qoruya bildi.

Çətinliklər və ağır günləri yaşayan “Qarabağ” 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərdi. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da “Qarabağ”ı tərk etməsinə gətirib çıxarmışdı.
Bütün bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri “Azərsun” şirkətinin komandanı sponsorluğa götürməsindən sonra həll olundu. Həmin dövrdən klub “Qarabağ-Azərsun” adlandırıldı. 2001-ci ildə “Qarabağ-Azərsun” ölkə çempionatında 9-cu yeri tutdu.
2003-cü ildə “Qarabağ-Azərsun”un rəhbərliyinə gələn Tahir Gözəl (“Azərsun” şirkətinin prezidenti Abdolbari Gözəlin oğlu-red.) klubun uğur qazanması üçün bütün imkanları səfərbər etdi. Nəticədə 2002-2003-cü illər mövsümündə klub Azərbaycan çempionatının mükafatçıları sırasında yer aldı - 3-cü yeri tutdu.
2004-cü ildə İsveçdə yaşayan həmyerlimiz, təcrübəli məşqçi İqor Ponomaryov baş məşqçi postuna gətirildi. Qısa zamanda ölkənin ən aparıcı futbolçuları heyətə cəlb olundu. Həmin il “Azərsun” sözü klubun adından çıxarıldı və “Qarabağ” tarixi adı geri qaytarıldı. 2006-cı ildə yeni baş məşqçi Böyükağa Ağayev komandanı ölkə kubokunun sahibi etdi.
Nəhayət, 2008-ci ilin avqustunda klub rəhbərliyi baş məşqi postuna Qurban Qurbanovu gətirdi. Və bu addım "Qarabağ"ın tarixində yeni səhifə açdı. Qurban Qurbanov elə ilk mövsümündə Azərbaycan kubokunun qalibi oldu. Sonrakı iki ildə komanda ölkə çempionatında bürünc medal qazandı. 2013/14-cü illər mövsümündə isə "Qarabağ" ölkə çempionu oldu.
Bu çempionluqdan başlayaraq 2014/15, 2015/16, 2016/2017 və 2017/18-ci illər mövsümündə də “Qarabağ” çempionluq titulunu qorudu. Bundan başqa 2015, 2016 və 2017-ci illərdə çempionluqla yanaşı, Azərbaycan kuboku da qazanıldı.
“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi dövründə 8 dəfə UEFA-nın klub turnirlərinin qrup mərhələlərinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarix yazıb. "Qarabağ" 6 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqası, 1 dəfə isə Konfrans Liqasının qrup mərhələsində iştirak edib. Komanda 2021/22-ci illər mövsümündə Konfrans Liqasının qrup mərhələsini keçməklə Azərbaycan futbolu tarixində növbəti ilkə imza atıb.

23.02.2024 10:19:00
Oxuma sayı: 3877