Bakı-Sumqayıt yoluna alternativ yol çəkilə bilər
Ölçü:


Uzun illərdir ki, Bakı Sumqayıt yolunda böyük bir sıxlıq yaranıb. Bunun üçün heç bir iş də görülmür. Bəs görəsən bu sıxlıq nə zamana qədər davam edəcək?

Koordinat.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Moderator.az-a açıqlamasında yeni  layihə hazırladığını bildirib:  

"Mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativdir. Layihə şəhər yollarında tıxac məsələsinin həllinə dəstəkdir. Bakının üç tərəfi təpəlik ərazi, bir tərəfi isə dənizdir. Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş çıxış yollarının yaradılmasına  maneə törətməkdədir. Bakının iki cənub, bir şimal girişi var. Digər ərazidən isə yoxdur. Şəhərin giriş- çıxışının məhdudluğu problemlər yaradır.Şəhər nəqliyyatına qoyulan investisiyaya baxmayaraq reylef sözünü deyir.

 Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqdi rayonu ərazisini, Abşeron rayonu ərazisini əhatə edir.  

 ●1-ci mərhələ Binəqədi rayonu 9 mkr ərazisində tikintisi aparılacaq tunel və ya dolay yol çəkilişi. Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir.

●2-ci mərhələ Küçələrin genişləndirilməsi ərazi üzrə yaşayış və qeyri yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri yaşayış sahələrinin təyin edilməsi və sökülməsidir.

●3-cü mərhələ yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyinidir.

Böyük hissəsi Binəqədi rayonu Binəqədi,Biləcəri qəsəbələri və Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə düşür.

İlkin mərhələdə 2 gediş, 2 gəliş olmaqla 4 zolaqlı olması nəzərdə tutulur. Torpaq yatağının eni 16 m. Gələcək perespektivdə 8 zolağa genişləndirmək mümkün ola bilər.

Layihə bu əraziləri əhatə edəcəyi planlaşdırılır.

 ●Bakı -Sumqayıt şəhəri istiqamətində.4 mkr dairəsi, 9-6 mkr ərazisi,Zərifa Əliyeva adına Göz Klinikasının yaxınlığı, Mircəlal küçəsi,Cavadxan küçəsi, Heydər məscidinin yaxınlığı-Həmzə Babaşov küçəsi-Rezervuar küçəsi təklif edilən küçələrdir.

●Biləcəri məscidinin yanı- Məmiş Abbasov küçəsi, Nəsimi küçəsi-Yəhya Hüseynov küçəsi- Əhməd Qasımov küçəsi kəsişməsi (Mehriban marketin yanı)-Əhməd Qasımov küçəsi-Baksolyolu kəsişməsi - Məlik Abbasov küçəsi-1-ci mədən küçəsi-Binəqədi qəsəbəsi Neftlə çirklənmiş ərazilər.Əlağa Şıxlınıski küçəsi (Duz zavodunun yanı)-Mübariz İbrahimov kəsişməsi düz istiqaməti-llqar Abdullayev kəsişmə-Saray-Novxanı yolu-Heydər Əliyev küçəsi-General Məhəmməd Əsədov küçəsi-Son məntəqə Sumqayıt şəhəri Daş tikinti bazarının yanı. 30 irili-xırdalı küçə kəsəcək.

Düz xətt boyunca 16 km əhatə edəcək. Düzxət boyunca 9 km.

Smeta xərcləri iki hissəyə ayrılır:

 ●1.Torpaq sahələrinin satınalınması.

●2. Yol yatağının salınmasına və çəkilməsinə .Layihənin icra müddəti 3 il:

Yeni yol çəkilərsə ərazidə yașayan əhaliyə hansı üstünlükləri verə bilər? ●Ərazidə xüsusən Biləcəri,Binəqədi, Novxanı,Masazır ərazisində mənzil qiymətləri dəyişəcəkdir.

●Ərazidə məsğulluğun, yeni iş yerlərinin açılması baş verəcəkdir. Yerli ərazi də mərkəzi tipik ərazi sisteminə daxil olacaqdır.

●Kanalizasiya, içməli su, internet kimi sosial layihələrin tipik həllərində sıçrayış olacaqdır.

●Torpaq və yaşayış sahələrinin qiymətlərinin artması, Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığını asanlaşdıracaq. ●Kanat, Funklyor inşaası ilə ərazidə şəhər turizminin inkişafı, turizmin digər elementlərini bariz göstərəcəkdir.

●Yeni marşurut xətlərinin çəkilməsi və ərazidə sərnişin daşımanın rahatlılığını təmin edəcəkdir. ●Ərazidə yerləşən Biləcəri dəmir yol stansiyasının əhəmiyyəti artacaqdır. ●Digər şəhər və rayonlara gediş-gəlişi asanlasdıracaqdır".

 


19.02.2024 15:56:00
Oxuma sayı: 1179