Əli Əsədov yenə Baş nazir oldu
Ölçü:


Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Koordinat.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb. Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. Belə ki, onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.
16.02.2024 10:31:00
Oxuma sayı: 1157