Moskvadan Bakı və İrəvana növbəti çağırış
Ölçü:


Rusiya tərəfi hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin həllinin iki iştirakçısını təmas xəttində maksimum təmkinli olmağa çağırıb.

Koordinat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib: “Sərhəddə baş vermiş son hadisə ilə bağlı bir daha demək istəyirəm ki, biz hər iki tərəfi qarşılıqlı təmkinli olmağa çağırırıq ki, heç bir insident baş verməsin, xüsusilə də atışma, insan tələfatı və yaralanmalar olmasın. Təbii ki, belə hadisələr Ermənistan-Azərbaycan nizamlanmasının irəliləməsi üçün müsbət atmosferin yaradılmasına kömək edə bilməz”.

Nazir müavini bir daha vurğulayıb ki, Cənubi Qafqazın gələcəyini ABŞ, Fransa və ya Avropa İttifaqı deyil, region ölkələri həll etməlidir. O, Ermənistanı “Qərb qüvvələrini regiona cəlb etmək meylində” ittiham edib.
15.02.2024 13:18:00
Oxuma sayı: 1118