Paşinyan sərhədlərin delimitasiyası üçün iki variant təklif edir
Ölçü:


"Azərbaycanla sərhədin delimitasiyası üçün iki variant var".

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan sərhədlərin demilitasiyası ilə bağlı varinatları bu cür açıqlayıb: "Sərhədin bütün uzunluğu və biz onu həyata keçirməyə başlayırıq. İkinci variant odur ki, biz sərhədi parçalara ayırırıq və hissə-hissə irəliləyirik. Hətta razılaşırıq ki, bölgə-bölgə demarkasiya aparılsın, hər bir bölgədə sərhədi təkrar müəyyən edək, sonra isə anklav məsələsini son mərhələyə buraxaraq qoşunların yerləşdiyi yerləri dəqiqləşdirək".

Baş nazir vurğulayıb ki, Ermənistan bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanıyır və öz sərhədlərindən kənarda heç bir niyyəti yoxdur: “Sülh müqaviləsi üzrə danışıqlar zamanı Ermənistan və Azərbaycan bir sıra maddələr üzrə razılığa gəlib. Bunlardan biri də odur ki, tərəflər sülh müqaviləsinin hər hansı müddəasını yerinə yetirməkdən imtina etmək üçün öz qanunvericiliyinə istinad edə bilməzlər. Ona görə də Ermənistan qanunvericiliyində sülh sazişinin həyata keçirilməsinə mane olan heç bir müddəa yoxdur”.

Bununla belə, Paşinyan çıxışı zamanı Azərbaycanın ünvanına hədsiz və təxribatçı açıqlamada səsləndirib. Azərbaycan torpaqlarının 20 faizini 30 il ərzində işğal altında saxlayan ölkənin rəhbəri Azərbaycanı “işğalçılıq”da ittiham edib: “Azərbaycan mütəmadi olaraq 4 kənddən danışır, amma Ermənistanın 31 qeyri-anklav kəndinin - həyati əhəmiyyət daşıyan ərazilərinin öz işğalı altında olduğunu qəbul etmir. Yəni bu 4-31 qeyri-anklav kəndlərə aiddir”.

Qəribəsi odur ki, erməni baş nazir Azərbaycanı qoşunlarını adını çəkmədiyi “31 kənd”dən çəkməyə çağırıb.
15.02.2024 11:14:48
Oxuma sayı: 1076