İşğaldan azad edilən ərazilərdə tikilən 17 məktəb - SİYAHI
Ölçü:


Elm və Təhsil Nazirliyi işğaldan azad edilmiş ərazilərdə müasir təhsil infrastrukturunun qurulması ilə bağlı 2023-cü ilin sonunadək görülən işlərə dair hesabat hazırlayıb.

Koordinat.az xəbər verir ki, hesabatda Prezident İlham Əliyevin 22 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məktəb və digər təhsil ocaqlarının qurulması ilə bağlı layihələrin gedişi barədə məlumatlar verilir. Bildirilir ki, hazırda Dövlət Proqramı çərçivəsində bir neçə rayonda təhsil infrasrtukurunun yaradılması prosesi sürətlə davam edir.
Buraya Şuşa, Ağdam, Xocavənd, Kəlbəcər və Zəngilanda məktəb və uşaq bağçası üçün binaların tikintisinə dair layihələr də daxildir.

İşğaldan azad edilmiş ərazilərdə indiyiədək tikintisinə başlanmış müasir təhsil infrastrukturları ilə bağlı məlumatları təqdim edirik:
1) Ağdam şəhərində 28 may 2021-ci il tarixdə təməli qoyulmuş 960 yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanıb. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur;

2) Şuşa şəhərində 12 may 2021-ci il tarixdə təməli qoyulmuş 960 yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanıb. Ötən ilin sentyabrında həmin məktəbdə təmir və bərpa işləri tam şəkildə başa çatdırılıb;

3) Cəbrayl şəhərində akademik Mehdi Mehdizadə adına 960 yerlik tam orta məktəbin tikintisinə başlanıb. Həmin təhsil ocağında tikintinin bu il başa çatdırılması nəzərdə tutulub;

4) 2022-ci ilin sentyabrında Füzuli şəhərində inşasına başlanmış 960 yerlik tam orta məktəbin  tikintisi Özbəkistanın hökumətinin dəstəyi ilə reallaşdırılıb. Ötən il avqustun 23-də Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib;

5) Şuşa Real məktəbinin layihələndirilməsi və bərpası ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, tarixi binanın qoryması ilə bağlı işlər tamamlanıb. Hazırda təmi-bərpa işlərinin birinci mərhələsi davam edir;

6) Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanıb. Avqustun 23-də həmin təhsil ocağının açılış mərasimi keçirilib;
7) 2022-ci ildə Laçın rayonunun Zabux kəndində 176 yerlik məktəb binasında bərpa-gücləndirmə və təmir işlərinə start verilib. 2023-cü ilin sonuna burada tikinti işləri tamamlanıb;

8) Zəngilan şəhərində 960 yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, tikinti işlərinə başlanıb;

9) Kəlbəcər şəhər 960 yerlik tam orta məktəbin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb, tikinti işlərinə başlanıb.Hazırda məktəbin tikintisi davan edir;

10) Xocavənd rayonunun Hadrut qəsəbəsində 360 yerlik tam orta məktəb binasının bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanması nəzərdə tutulur;

11) Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş peşə liseyinin tikintisi ilə bağlı layihə-smeta sənədləri hazırlanıb. Tikinti işlərinə hazırlıq gedir;

12) Qubadlı şəhərində 600 yerlik tam orta məktəb binasının tikintisi ilə bağlı layihələndirmə işlərinə başlanıb;

13) Ağdam şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının 600 yerlik, eləcə də şəhər 2 nömrəli tam orta məktəbin 900 yerlik binasının tikintisinin layihələndirilməsinə başlanıb;
 
14) Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçası üçün binanın tikintisinin layihələndirilməsinə başlanıb;

15) Tərtər rayonunun Talış kəndində müasir tələblərə cavab verən 144 yerlik tam orta məktəb, 78 yerlik məktəbəqədr tərbiyə müəssisəsi məktəb inşa edilərək istifadəyə verilib;

16) Ağdərə rayonununun Suqovuşan qəsəbəsində 144 yerlik məktəb inşa edilərək istismara verilib;

17) Kənd təsərrüfatı Nazirliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndində müasir tələblərə cavab verən 288 yerlik tam orta məktəb və 60 yerlik məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib.
06.02.2024 16:13:26
Oxuma sayı: 437