Hərb və siyasət meydanında uduzan Ermənistan idmanda da...
Ölçü:

İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyətdən sonra Rusiya ilə siyasi-diplomatik münasibətlərdə soyuqluq yaradan Ermənistan hərbi uğursuzluğun acısını idmanda da yaşamağa başlayıb. Qarabağda gərgin döyüçlərin getdiyi ərəfədə Kremlin çətiri altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi dəstək ala bilməyən Paşinyan hakimiyyəti acığını indi də futbol yarışlarından iştirakdan imtina etməklə çıxarır. 

Koordinat.az xəbər verir ki, Ermənistandakı futbol klublarından biri Rusiya komandaları ilə oynamaqdan imtina edib. Belə ki, erməni əsilli rusiyalı iş adamı Artur Soqomonyana məxsus “Pünik” futbol klubu fevralın 7-də “Krılya Sovetov”, fevralın 11-də “Ximki” komandaları ilə keçirilməli olan yoldaşlıq görüşlərini ləğv edib.

Məlumatı erməni jurnalist İvan Karpov öz “Telegram” kanalında yayıb. Onun sözlərinə görə, Ermənistan komandası Rusiya klubları ilə oynamaqdan imtina etməsini özünün ukraynalı futbolçuları ilə əlaqələndirib. 

"Amma burada Ermənistan hakimiyyətinin Kreml rəhbərliyi ilə aralarındakı siyasi-diplomatik münasibətlərin pisləşməsinin əsas rol oynadığı şübhə doğurmur", - deyə məlumatda bilirilir. 

Xatırladaq ki, “Pünik” hələ yanvarın 22-də Rusiya “Orenburq”u ilə oynamalı idi. Lakin bunun əvəzinə Ukrayna “Şaxtyor”u ilə görüşüb. İndi baş tutmayan oyuna görə “Orenburq”a 10 min avro təzminatın ödəniləcəyi gözlənilir.

Belə görünür ki, hərb və siyasət meydanında Azərbaycana uduzan Ermənistan ona dəstək vermədiyinə görə Rusiyadan bərk inciyib və bunun acığını idmanda çıxmağa çalışır. Başqa sözlə, kənar qüvvələrə arxalanıb Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan Ermənistan uğursuzluq sindromunu digər sahələrdə də yaşayır...
06.02.2024 11:25:46
Oxuma sayı: 415