Ağdam şəhərində 8 küçəni dağıntılardan “Real-İnşaat” təmizləyəcək
Ölçü:


Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti “Ağdam şəhərində 3-cü faza üzrə yaşayış məhəllələrinin tikinti layihəsi çərçivəsində söküntü işlərinin satin alınması” tenderinin nəticələrini elan edib.

Koordinat.az xəbər verir ki, tenderin qalibi “Real-İnşaat” MMC olub. Tenderin nəticələrinə uyğun olaraq şirkətlə ümumi dəyəri 1 milyon 101 min 270 manat məbləğində müqavilə imzalanıb. Bu müqaviləyə əsasən adı çəkilən şirkət Ağdam şəhərində 9 küçədə bina, tikili və dağıntıların söküntüsü işlərini həyata keçirməli, müqavilə öhdəlikləri üzrə tullantılardan təmizlənmiş ərazini müəyyən edilmiş vaxtda Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə təhvil verməlidir. Bina, tikili və dağıntılardan təmizlənəcək həmin küçələrə aşağıdakılar aiddir:
1.Keçmiş Əli İbrahimov küçəsi
2.Keçmiş Zülfi Hacıyev küçəsi
3.Keçmiş Seyid Lazım Ağa küçəsi
4. Keçmiş Eldar Bağırov küçəsi
5. Keçmiş Tofiq Ismayılov küçəsi
6. Keçmiş Üzeyir Hacıbəyov küçəsi
7. Keçmiş Məmməd Məmmədov küçəsi
8. Keçmiş Xudu Məmmədov küçəsi.

Bundan başqa, tender müqaviləsinin şərtlərinə uyğun olaraq, ayrılmış vəsaitlərin bir hissəsi tikinti-quraşdırma işləri zamanı istifadə üçün müvəqqəti binaların və qurğuların inşasına, qış vaxtı tikinti və quraşdırma işlərinin yerinə yetirilməsi sərf olunacaq.

02.02.2024 17:44:17
Oxuma sayı: 500