Deputat avtobus və velosped zolaqlarına qarşı: "Bu, tıxacları artırıb, əlavə problem yaradır"
Ölçü:

Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakının bəzi yol və küçələrində çəkdiyi avtobus və velosiped zolaqları Milli Məclisdə də tənqid olunur.

Koordinat.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu du Bakıdakı avtobus və velosiped zolaqları çəkənləri sərt tənqid edib. O. deyib ki, Bakı şəhərində yaşayan əhalinin sayı artıb, yollar tələıbata cavab vermir: "Bu məsələlərin müvafiq qaydada tənzimlənməsi üçün bizə “Avtomobil yolları haqqında” yeni qanun lazımdır. Çünki yollar dəyişib, insanlar artıb. Yol və yollardan istifadə ilə bağlı müəyyən qaydalar tətbiq olunarkən ilk olaraq vətəndaşların rahatlığı, rifahı nəzərə alınmalıdır. Yollarda sürət həddinin müəyyənləşdirilməsi ilə bağlı məsələ var. Sürət məhdudiyyətləri qoyanlar bu günə qədər hesabat, müqayisəli təhlil təqdim etsinlər ki, sürət həddi endiriləndə nə qazanırlar, qəzalar nə qədər azalır, vətəndaş nə qədər vaxt qazanır? Sürət 110 km saat olanda qəza nə qədər olub, 90 km saat olanda nə qədər qəza olub? Zəhmət çəkib hesabatla çıxış etsinlər. Sürət həddini aşağı saldıqda yanacaq sərfiyyatı artır, özümüz özümüzü zəhərləyirik. Sürət həddinin azaldılması vətəndaşlarda stress yaradır və sağlamlığımıza təsir edir. Eyni məsələlər Bakı-Quba, Bakı-Gəncə yoluna da aiddir. Sürət həddi bu yollarda da 110-dan 90-a endirilib".

İkinci məsələ odur ki, indi şəhərdə yolları zolaqlamaq dəbi düşüb. Deyirlər avtobus yoluna girmək olmaz. Bu hərəkət yolun yükgötürmə qabiliyyətini artırmır, yollarda tıxacı azaltmır. Bu yaxınlarda Bakı-Sumqayıt yolunda yeni zolaq yaradıblar. Bu, tıxacları artırıb, əlavə problem yaradır.

Velosiped zolaqları yaradırıq, Qış Parkının yanında yeni velosiped yolu çəkiblər. Qış Parkıyla gedirsiniz, birdən zolaq qırılır, çünki kiminsə zirzəmisi, balkonu qabağa çıxır. Velosiped istifadəçisi də məcburdur ki, qırılan hissələrdə yenə avtomobil yoluna çıxsınlar. Bununla nəyə nail olmaq istəyirik, bəlli deyil? Yol zolağı genişləndirilmədən belə zolaqları çəkmək olmaz. Bununla məşğul olan subyekt zəhmət çəksin, hesabatı olsun. Kor-koranə hər yerdə var, bizdə də olsun prinsipiylə yanaşmaq olmaz”.
01.02.2024 12:14:00
Oxuma sayı: 510