Ermənistan Türkiyə və Azərbaycana qarşı iddialarından geri çəkilir
Ölçü:


Ermənistanın “İctimai” televiziyası bu ölkənin himni ilə bağlı kadrlardan Ağrı dağını çıxarıb.

Koordinat.az
xəbər verir ki, bu barədə “Erməni Milli Konqresi” Partiyası sədrinin müavini Aram Manukyanbildirib. O, deyib ki, Ermənistan hökumətinin administrativ qayda “İctimai” televiziya şirkətinə belə bir göstəriş verməklə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının geri götürülməsi barədə tələblərini yerinə yetirməyə başlayıb: "Rəsmən təsdiqlənməsə də, “İctimai” televiziya Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirir. Artıq "Ararat" (ermənilər Ağrı dağını bu cür adlandırır - red.) dövlət himninin kadrlarında yoxdur, Araratı kadrlardan yığışdırıblar. Yəni proses gedir, dövlət himnimizin videovariantından Ararat çıxarılıb”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan bundan əvvəl gerb və himninin dəyişdirilməsini təklif edib. 

Xatırladaq ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası dövlət gerbində “Ararat” adlandırdıqları Ağrı dağı ilə simvollaşdırılıb.

01.02.2024 11:52:00
Oxuma sayı: 489