Yanvar ayında Qarabağa 5 köç karvanı yola salınıb
Ölçü:


“Yanvar ayı ərzində işğaldan azad olunan ərazilərə 170 ailə köçürülüb”.

Koordinat.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru İbrahim Mirzəyev bildirib. O, deyib ki, ayın yekunu olaraq daha 23 ailə (72 nəfər) Laçın şəhərinə köçürülüb və bununla da yanvar ayına olan köç prosesi yekunlaşıb.

“Yanvar ayı ərzində beş köç karvanı ilə 147 ailə (577 nəfər) Füzuli şəhərinə köçürülüb. Bu gün isə Laçın şəhərinə daha 23 ailə (72 nəfər) köçürülüb. Növbəti aylarda da işğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək”, - deyə Komitə rəsmisi əlavə edib.

30.01.2024 15:59:00
Oxuma sayı: 688