Qarabağdakı sənaye parklarında elektrik qurğularının quraşdırılmasına başlanır
Ölçü:

Qarabağda fəaliyyət göstərən sənaye parkları ilə bağlı ümumi dəyəri 185 milyon manat olan iki tenderin nəticələri açıqlanıb. Söhbət İqtisadi Zonaların İnkişafı Agentliyinin Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarının ərazisində elektrik qurğularının tikinti və elektrik quraşdırma işlərinin satın alınması ilə bağlı keçirilən tenderlərdən gedir. 

Koordinat.az xəbər verir ki, 185 milyon 583 min 90 manat dəyərində tenderlərin qalibləri “İma-Energy” QSC və “Global İnteriors Group” MMC olub. hər iki tenderin yekun nəticələrinə görə “İma-Energy” QSC şirkəti ilə 67 milyon 365 min 495 manat, “Global İnteriors Group” MMC şirkəti ilə isə 118 milyon 217 min 595 manat dəyərində müqavilə imzalanıb.

Xatırladaq ki, nizamnamə kapitalı 5000 manat olan “İma-Energy” QSC 2009-cu ildə, 20 manat nizamnamə kapitalına malik “Global İnteriors Group” MMC 2002-ci ildə yaradılıb. Hər iki MMC Bakı şəhərində fəaliyyət göstərir.

Ağdam Sənaye Parkı 2021-ci ilin mayında Ağdam şəhəri yaxınlığında, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə həmin ilin oktyabrında Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılıb.
25.01.2024 12:43:00
Oxuma sayı: 693