Laçın və Fizuli şəhərlərində, Zabuxda buraxılış imtahanları keçiriləcək
Ölçü:


İşğaldan azad olunan ərazilərdəki 3 məktəbdə bu il buraxılış imtahanları keçiriləcək.

Koordinat.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu il azad olunan ərazilərdəki 3 məktəbdən məzunlar olacaq.

DİM sədri söyləyib ki, Laçın, Fizulidə və Zabuxda məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə az sayda olsa da şagird məktəbi bitirəcək və öz məktəblərində imtahan verəcəklər.

Qeyd edək ki, ötən tədris ilində Zəngilan rayonu Ağalı kənd orda məktəbində buraxılış imtahanı keçirilib.

25.01.2024 12:02:12
Oxuma sayı: 683