Cəbrayılda 712 mənzilli 33 yaşayış binası tikilir
Ölçü:


Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Koordinat.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir.

 

25.01.2024 10:41:00
Oxuma sayı: 697