Lavrov: "Qarabağdakı sülhməramlıların Ermənistana aidiyyatı yoxdur"
Ölçü:


Qərb Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynadığı rolunun yanlış olduğu qənaətinə gəlib və Bakı və İrəvanı Brüsseldə şirnikləndirməyə çalışır.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib. O, Qarabağdakı sülhməramlılar haqqında danışarkən deyib ki, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir və bunun Ermənistana aidiyyatı yoxdur: “Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”.

25.01.2024 10:22:00
Oxuma sayı: 657