AŞPA-nın qərarı Azərbaycana qarşı siyasi qəsddir
Ölçü:


AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması haqqında bədnam qərarı təkcə riyakar, qərəzli və absurd deyil, eyni zamanda, Azərbaycanın konstitusyon quruluşuna, suverenliyinə və müstəqilliyinə qarşı siyasi qəsddir.  

Koordinat.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib. O qeyd edib ki, bu biabırçı qərar son 80 ildə ilk dəfə Avropada öz ərazi bütövlüyünü və suverenliyini hərbi-siyasi yolla, beynəlxalq və humanitar qanunlar çərçivəsində bərpa edən, milli maraqlarını siyasi əzmlə qoruyan, başqa dövlətlərin iradəsinə boyun əyməyən bir ölkəni cəzalandırmaq cəhdidir: "75 illik tarixinə qara ləkə kimi düşəcək bu addımı ilə AŞPA özünün bütün dəyərlərini və siyasi əhəmiyyətini məhv etmiş oldu. Fransanın başçılıq etdiyi bu siyasi rəzalətin bumeranq effekti verəcəyinə heç kim şübhə etməməlidi.

Fransanın yedəyində gedən nə Avropa İttifaqı, nə də AŞPA bu kimi oyunları ilə bütöv və azad Azərbaycanın güclənməsinə və qarşısına qoyduğu hədəflərə daha qətiyyətlə yürüməsinə, Türk dünyasının dünyada ciddi geosiyasi faktora çevrilməsinə əngəl ola bilməyəcək.

"İslamafobiya" və "Türkəfobiya" xəstəliyinə tutulmuş AŞPA-nın "sağalana" kimi bu qurumla əməkdaşlığın dayandırılması haqqında nümayəndə heyətimizin vaxtında vetdiyi qərarı doğru hesab edir və tam dəstəkləyirəm", - deputat qeyd edib.
25.01.2024 10:00:00
Oxuma sayı: 672