Kəlbəcərdə reabilitasiya mərkəzi tikiləcək
Ölçü:


Bərpa və yenidənqurma tədbirlərinin sürətlə davam etdiyi Kəlbəcər rayonunda yaxın vaxtlarda reabilitasiya mərkəzinin tikintisinə başlanacaq. 

Koordinat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən reabilitasiya sahəsində xidmət keyfiyyətinin, o cümlədən vətəndaş məmnuniyyətinin artırılması istiqamətində də müvafiq işlər görülüb.O da bildirilir ki, 2021-ci ilin dekabrında Qəbələdə 25 çarpayılıq Uşaq Reabilitasiya mərkəzi açılıb. Yaxın vaxtlarda isə Şəmkirdə belə bir mərkəzin istifadəyə veriləcəyi gözlənilir. Eyni zamanda qarşıdakı müddətdə işğaldan azad olunmuş Kəlbəcər rayonu ilə yanaşı Quba, Ağcabədi və Şamaxıda da yeni reabilitasiya mərkəzlərinin tikilməsi nəzərdə tutulur.

2021-ci  ilin aprel ayından etibarən Reabilitasiya müəssisələrinə əlilliyi olan şəxslərin qəbulu “Reabilitasiya” altsistemi vasitəsi ilə həyata keçirilir. Mərkəzlərdə rahat və maneəsiz qəbul edilmələri üçün altsistemin “Rezervasiya modulu” tətbiq edilir.
18.12.2023 15:54:00
Oxuma sayı: 2507