Hibrid avtomobillər köhnə avtomobilləri bazardan çıxarır
Koordinat.az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, ölkəyə gətirilən elektrik mühərriki ilə işləyən avtomobillərin əlavə dəyər vergisindən azad edilməsi və gömrük güzəştələrinin tətbiqi bu nəqliyyat vasitələrinin sayının artmasına səbəb olub. Lakin istehsal ili köhnə olan avtomobillərə qoyulan qadağa daha müasir və yeni nəqliyyat vasitələrinin idxalı ilə nəticələnib ki, bu da dəyəri artırıb.
Ekspertin sözlərinə görə, hibrid nəqliyyat vasitələrinin idxalındakı artım ölkədəki avtomobil parkının tədricən yenilənməsinə səbəb olacaq. Bazarda köhnə avtomobillərin sayı xeyli azalacaq. Xalid Kərimli qeyd edib ki, hibrid avtomobillərin çoxalması bazarda yeni alqı-satqı qiymətləri formalaşdırır.
Ekspert əlavə edib ki, ölkəyə gətirilən hibrid avtomobillərinin istehsal ili yeni, özü də qənaətcil olduğuna görə onlar bazarda daha baha qiymətə təklif edilir.
20.11.2023 11:00:00
Oxuma sayı: 4250