9 ayda Azərbaycanda 11 minə yaxın iş yeri bağlanıb
Ölçü:


2023-cü ilin doqquz ayı ərzində ölkədə 10,8 min iş yeri bağlanıb.

Koordinat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, illik müqayidə bağlanmış iş yerlərinin sayı 4 min ədəd və ya 58,8% artıb. Keçən ilin doqquz ayında 6,8 min iş yeri bağlanmışdı.

Bu dövrdə bağlanmış iş yerlərinin 56,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İş yerlərinin 55,5 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 44,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

20.11.2023 10:44:00
Oxuma sayı: 4063