Ermənistan və Gürcüstanın müdafiə nazirləri əməkdaşlıq sənədi imzaladı
Ölçü:


Ermənistanın və Gürcüstanın müdafiə nazirləri Suren Papikyan və Cuanşer Burçuladze ikitərəfli əməkdaşlıq planı imzalayıblar.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, danışıqlarda Ermənistanla Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər bir-birini ölkələrinin silahlı qüvvələrində aparılan islahatlar barədə məlumatlandırıb.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Ermənistanda rəsmi səfərdədir.
17.11.2023 14:36:00
Oxuma sayı: 4063