Putinlə Kim Çen In yeni sazişlər imzalayıb
Ölçü:


“Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında danışıqlardan sonra hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, heç bir saziş imzalanmayıb”.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putinlə Kim Çen In arasında ünsiyyət sensasiya deyil, ənənədir.

“Yox, nə bu, nə də başqa sahədə saziş imzalanıb. Belə planlar olmayıb. Bütün bu iddialara gəlincə, mən bir daha sizə prezidentin cavabı ilə tanış olmağı tövsiyə edirəm”, – Peskov bildirib.

O əlavə edib ki, Şimali Koreya Rusiyanın ən yaxın qonşusudur və Moskva ən yaxın qonşuları ilə bütün sahələrdə əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlıdır.
15.09.2023 15:41:00
Oxuma sayı: 4413