Arxiv arayışlarının verilməs pulsuz olacaq
Ölçü:


Azərbaycanda arxiv arayışlarının verilməsinə görə tutulan dövlət rüsumları ləğv edilir.

Koordinat.az
xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə qeyd olunub. Qanun layihəsinə görə, dəyişiklik layihəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin sürətləndirilmiş qaydada verilməsinə görə tutulan dövlət rüsumlarının ləğv edilməsini nəzərdə tutur.

Bundan sonra müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərə ödənişli arxiv xidmətlərini təsdiq olunmuş siyahı və xidmət haqları məbləği müqabilində göstərəcək.

15.09.2023 10:50:00
Oxuma sayı: 1468