ABŞ-ın iki generalı Ermənistandadır
Ölçü:


ABŞ-ın iki generalı Ermənistanda keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə gəlib

Koordinat.az
xəbər verir ki, məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi yayıb. Bildirilib ki, Ermənistana gələnlər 10-cu dağatıcı diviziyasının komandanı general-mayor Qreqori Anderson və ABŞ-ın Avropa və Afrikadakı qoşunlarının əməliyyat qərargahı rəisinin müavini briqada generalı Patrik Ellisdir.

Ermənistan-ABŞ birgə hərbi təlimi sentyabrın 11-də başlayıb və 20-dək davam edəcək. Hərbi tədbirə ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi iştirak edir.


15.09.2023 10:38:00
Oxuma sayı: 231