Dövlət işində çalışanların orta aylıq maaşı 889 manatdır
Ölçü:

Yanvar-avqust aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər çalışıb, qeyri neft-qaz sektorunda isə 1674,9 min nəfər çalışıb.

Dövlət Statistika Komitəsindən Koordinat.az-a verilən məlumata görə orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 3571,2 manat, qeyri neft-qaz sektorunda 874,7 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 889,3 manat, özəl müəssisələrdə isə 964,9 manat olub.

15.09.2023 10:26:00
Oxuma sayı: 237