Sülhməramlıların yeni komandanı İrəvana gedib

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, görüş zamanı tərəflər Ermənistanla Azərbaycanın dövlət sərhədində və Qarabağda sülhməramlıların məsuliyyət zonasındakı vəziyyəti, habelə Rusiya sülhməramlı missiyasının effektivliyinin artırılması məsələsini müzakirə ediblər.
Görüş zamanı üçtərəfli bəyanatın bütün bəndlərinin yerinə yetirilməsinin vacibliyi vurğulanıb, Laçın yolu ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
14.09.2023 17:33:00
Oxuma sayı: 243