Vergidən toplanan vəsaitlər artıb
Ölçü:


2023-cü ilin yanvar-avqust aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4 faiz artaraq 12 milyard 80,4 milyon manat təşkil edib.

Koordinat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Nazir deyib ki, bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 6 milyard 865,6 milyon manat olub.

 

14.09.2023 14:08:00
Oxuma sayı: 266