Laçına ilk köç Bakı, Sumqayıt və Abşerondan gedəcək
Ölçü:


Məcburi köçkünlərin doğma yurdlarına növbəti qayıdışının Laçın rayonuna olacağı planlaşdırılır. Yaxın zamanlarda reallaşdırılması gözlənilən köç zamanı birinci mərhələdə Laçın şəhərinə 20 ailənin, yəni 97 nəfərin köçürülməsi nəzərdə tutulub.

Koordinat.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İbrahim Mirzəyev deyib. Onun sözlərinə görə, ilk köç zamanı Laçın şəhərinə 20 ailənin, yəni 97 nəfərin köçürülməsi nəzərdə tutulub. Həmin ailələr Bakı, Sumqayıt və Abşeron ərazisində, əsasən, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşanlardır.
22.05.2023 17:28:00
Oxuma sayı: 1005